11 illiyini qeyd edən “Azərbaycan Universitetləri”-Tələbələrin ən çox izlədiyi səhifə

11 illiyini qeyd edən “Azərbaycan Universitetləri”-Tələbələrin ən çox izlədiyi səhifə

“İlk vaxtlar daha çox tələbə şikayətlərinə yer verirdik”.

Bu sözləriAzEdu.az-aaçıqlamasında“Azərbaycan Universitetləri”səhifəsinin idarəçisi Zöhrab Süleymandeyib.

Belə ki, bu gün “Azərbaycan Universitetləri” səhifəsinin yaranmasından 11 il keçir.

Facebook-da tələbələrin ən çox daxil olduğu səhifənin idarəçisi Zöhrab Süleyman bu ideyanın yaranmasından söz açır:

“"Azərbaycan Universitetləri" 2011-ci ilin fevralında qrup yoldaşlarımızı bir araya toplamaq üçün fəaliyyətə başladı. O zaman sosial media indiki kimi populyar deyildi, demək olar ki, hamı əyləncə, vaxt keçirmək üçün daxil olurdu. Daha sonra səhifə qeyri-ciddi konteksdən çıxdı. Ümumtələbə kütləsinin əsas diqqət mərkəzinə çevrildi. İlk vaxtlar tələbə şikayətlərinə yer verirdik. Universitetlərdə baş verən bürokratik problemlərə vaxt ayırırdıq. Təsəvvür edin, jurnal, qəzet və dəftər pulu idi, tələbə bileti, "zaçotnik" üçün yığılan vəsait vardı. Bunları zaman-zaman ictimailəşdirdikcə məsələ həllini tapdı.

O dövrdə bəzi universitet rəhbərləri üçün facebookda etdikləri qanunsuzluqları paylaşmaq qəribə gəlirdi. Adətən belə hallarda problemi deyil, onu bizə göndərəni tapıb cəzalandırmaq istəyirdilər. Vaxt keçdikcə həmin məsələlər həllini tapdı: necə deyərlər daşlar öz yerinə oturdu. Artıq universitetlərdə o dövrlərdə olan bir çox problemləri indi görə bilməzsiniz. Demirəm, ideal çalışmışıq, xeyr. Ancaq dövlətimizin apardığı təhsil siyasətinə biz də öz töhfəmizi vermək istədik. 11 il ərzində milyona yaxın mesaj qəbul etmişik. Rəqəmi şişirtmirəm, həqiqətdir. Tələbələr müxtəlif problemlərini bizə yazırdılar. Kirayə ev tapa bilməməklərindən qrup yoldaşlarının ad günlərində tort seçimlərinədək hər şeyi bizlə bölüşürdülər.

Qazandıqlarımız da çox oldu. Dövlət televiziyalarında təhsilə aid debatlarda, diskussiyalarda iştirak etdik. "Gedib filan yerə şikayət edəcəm" deyən tələbə rahatlıqla "Azərbaycan Universitetlərinə yazacam" deyirsə və universitet rəsmisi həmin neqativ haldan çəkindirirdisə, bu, artıq tələbələrlə birgə qazandığımız qələbə idi. Zaman keçdikcə "Azərbaycan Universitetləri"ni ümumtəhsil səhifəsinə çevirməyi bacardıq. Əlbətdə ki, bu, təhsil camiəsi sayəsində baş verdi. Bu gün bizə həm rəqib, həm də dost olan "Azedu"təhsil portalı və onun komandası yarananda çox sevindim. Yaşa dolduqca təhsil işinin qulpundan yapışanların çox olmasının vacibliyini anladım. Əlbəttə ki, “Azedu”-dan öyrəndiklərim çox oldu. Çünki orada peşəkarlar çalışır. Eyni zamanda təcrübələrimizi bölüşməyin lazım olduğunu başa düşürəm.

İstər Təhsil Nazirliyi, istərsə də, Dövlət İmtahan Mərkəzi ilə müştərək çalışaraq məlumat mübadiləsi aparmaq mənimçün böyük təcrübədir. Əvvəllər bir çox statuslarımızı həm emosiya, həm də hisslərlə yazdığım halda, indiki statusları daha çox yüz ölçüb bir biçməklə paylaşmağımın nə qədər effektli olduğunu görürəm. Bunu da mənə siz-əziz dostlarım öyrətdi. Qafqaz regionu üzrə ən böyük təhsil səhifəsi işlətməyin avantajı böyükdür.

Pandemiyaya qədər instagram və telegram kanallarımız yox idi. Qısa zamanda digər adminimiz Elnur bəy 150.000-lik instagram və 40.000-lik telegram səhifəsini təkbaşına yaratdı. Bu indiyədək aldığım ən böyük kömək idi. Bu baxımdan da ölkədə ən böyük statusunu saxlayırıq. Bununla da fəxr edirəm”.

Biz də AzEdu təhsil portalı olaraq “Azərbaycan Universitetləri” səhifəsinə uğurlar diləyirik!

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed