500-dək azərbaycanlı ABŞ-da müxtəlif proqramlar üzrə təhsil alır
"Hazırda 500-dək azərbaycanlı ABŞ-da müxtəlif proqramlar üzrə təhsil alır".
“Report”xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiriÖrl Litzenbergeriki ölkə arasında diplomatik münasibətlərin 30 illiyilə bağlı keçirilən dəyirmi masada bildirib.
Səfir ABŞ-da təhsil alan azərbaycanlıların sayının dəfələrlə artacağına ümidvar olduğunu bildirib.
Onun sözlərinə görə, insanlar arasında münasibətlər və təhsil Azərbaycan-ABŞ əməkdaşlığının vacib tərkib hissələridir.
“Biz ingilis dilinin tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün məktəblər və digər təhsil müəssisələri ilə işləyirik. İngilis dilinin öyrənilməsinə böyük tələbat var. Ölkələr arasında təhsil sahəsində çoxsaylı mübadilə proqramları mövcuddur. Bunlara misal kimi FLEX-i göstərmək olar”, - səfir deyib.