70-ci illərin hansı qadağası qayıdır məktəblərə?

70-ci illərin hansı qadağası qayıdır məktəblərə?

“Universitetlərdə müəllimlər tələbələrin gözü qarşısında, tələbələr isə universitet həyətlərində siqaret çəkirlər. Bu zərərli vərdişin təbliğ olunması heç yaxşı hal deyil”. Bu sözləri Cebhe.info-ya Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. Onun sözlərinə görə, orta məktəblərdə və universitetlərdə müəllimlərə siqaret çəkməyin qadağan edilməsi məsələsinin qanuna salınması təşəbbüsünun irəli sürülməsi təqdirəlayiq addımdır: “Hələ ötən əsrin 70 illərində Azərbaycanın Maarif Nazirliyinin əmri ilə bütün məktəblərdə siqaret çəkilməsi qadağan edilmişdi. Yəni bu təcrübə var. Hətta o dövrdə bədii ədəbiyyatda müəllim obrazı yaradılarkən, onun əlində siqaret təsvirinin verilməsi belə yığışdırılmışdı. Bu da özünün müsbət nəticəsini göstərirdi. Müəllimlər öz nümunələri ilə uşaqlara da təsir göstərirdi. Bu gün belə bir ideyanın qaldırılması daha vacib və aktualdır”.

Ekspert qeyd edib ki, küçələrdə, ictimai yerlərdə siqaret çəkilməsi kütləvi hal alıb. Bunun qarşısının alınmasının məhz müəllimlərdən başlanması ağıllı ideya olardı: “Tələbələr müəllimlərin gözü qarşısında, universitet həyətlərində siqaret çəkirlər. Bu görüntü də xoş deyil. Fikrimcə, həm müəllimlərin, həm də tələbələrin qarşılıqlı siqaret çəkilməsi məsələsinə qadağan edilməlidir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən isə məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmayıb. Belə ki, suallar ancaq yazılı şəkildə ünvanlanacağı təqdirdə onların cavablandırılacağı bildirilib.

Qeyd edək ki, Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev ictimai nəqliyyatdan sonra məktəblərdə də tütünsüz mühit yaratmaq məsələsini gündəmə gətirib. O, orta məktəblərdə müəllimlərə siqaret çəkmək qadağan edilməsinin Milli Məclisdə müzakirəyə çıxarılması və bunun qanuna salınması təşəbbüsü ilə çıxış edib.

Alçina Amilqızı

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__13089638

Bizim ölkə öz biznesini düşünür əhali az yaşasa yaxşıdı necə ki həkimlərə müəllimlərə siqaret cəkmək qadağan edilməyib bu işin nəticəsi olmayacaq onlarda deyir dərdən cəkirik əmək haqqımız azdır.

Qonaq__11923567

orta mekteb muellimleri siqaret cekir mektebde

Qonaq__14060529

1 ildir Məktəbimizdə siqaret çəkmək qadağan olunub və siqaret çəkənlərlə hərtərəfli sərt mübarizə aparırıq.Nəticə göz qabağında:Məktəbimizdə demək olar ki siqaret çəkən yoxdur.Yeni hörmətli Əjdər müəllimin təşəbbüsünü dəstəkləyirik! İnsan sağlamlığının,mənəviyyatın 70 və ya 90 ili olmur.Həmişə aktual problemdir.

Qonaq__14269140

siqaret cox zərərlidir. Həminsanin ozunə hem də ətrafdakilara.

Səhr yaz

......