Abituriyentin əvəzinə imtahana gələ bilər?

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə bu gün keçirilən imtahanda abituriyentin əvəzinə başqa şəxs imtahana gəlib.
DİM-dən Milli.Az-a verilən məlumata görə, bundan əlavə 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Dövlət qulluğuna qəbul imtahanında isə 1 nəfərdə mobil telefon aşkar edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və müvafiq araşdırma aparılacaq.