Abituriyentlər üçün “İnformatika” vəsaiti hazırlanır

Abituriyentlər üçün “İnformatika” vəsaiti hazırlanır

“İnformatika” vəsaiti 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanında informatika fənnindən imtahan verəcək abituriyentlər üçün hazırlanır.

Bu barədə"Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevralın 21-də informatika fənni üzrə işçi qrupun iclası keçirilib.Gündəlik məsələ hazırlanması nəzərdə tutulan “İnformatika” vəsaitinin “Kompüter qrafikası” və “Veb-proqramlaşdırma” bölmələrinin müzakirəsi olub.

İclasda həm nəzəri hissənin, həm də həmin hissələrə aid olan “Müstəqil qiymətləndirmə tapşırıqları”nın və “Ümumiləşdirici tapşırıqlar”ın müzakirəsi aparılıb.

Müzakirə zamanı nəzəri materialın müvafiq fənn kurikulumunun təlim nəticələrinə və dərsliklərə uyğunluğuna xüsusi diqqət yetirilib, bildirilmiş fikir və təkliflər nəzərə alınıb.

İşçi qrupunun növbəti iclası 28 fevral 2022-ci il tarixində olacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......