Abituriyentlərin ixtisas seçimi başlayıb (TQDK)
Ümumi (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim etmiş və müsabiqə şərtlərini ödəmiş abituriyentlər üçün ixtisas seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin abituriyentlər 21 iyul saat 23.59-a kimi TQDK-nın internet saytındahttps://eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər.
İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.
Qeyd edək ki, ümumi (9-illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qonaq__11867172
5 ci qrupa verib 58 bal toplayıb.kecib.ixtisas secimi nə vaxt başlayır
Qonaq__8806303
əvvəlki illərin abituriyentləri üçün kolleclərə imtahan nə vaxtdır
Qonaq__12523707
3 qrup uzre kesilenler ucun qebul imtahani ne vaxtdir
Qonaq__12636794
5ci qrupun secimi ne vxtdir axi?
Qonaq__18861624
31 bal toplamisam... gence humanitar kollecine dusur??
Qonaq__23176787
5 inci qrupun ixtisaslarini ve ballarini haradan oyrenmek olar