ABŞ alimləri başqa planetlərdə həyatın axtarışı üçün cihaz yaradıblar

ABŞ alimləri başqa planetlərdə həyatın axtarışı üçün cihaz yaradıblar

Merilend Universitetinin (ABŞ) alimləri lazer vasitəsilə bioloji aktivliyin axtarışı üçün cihaz yaradıblar.

"Report"xəbər verir ki, bu barədə təhsil ocağının saytında məlumat verilib.

Cəmi 8 kq ağırlığında olan cihaz həyat əlamətlərini aşkarlamaqvə materialların tərkibini təyin etmək üçün iki mühüm alətin azaldılmış birləşməsindən ibarətdir: nümunədən az miqdarda materialı buxarlandıran impulslu ultrabənövşəyi lazerdən və kimyəvi tərkibini müəyyən etmək üçün buraxılan radiasiya spektrini təhlil edən “Orbitrap” analizatorundan.

"Orbitrap” əvvəlcə kommersiya məqsədləri üçün yaradılmışdır" - ixtiranın müəlliflərindən biri Rikardo Arevalo qeyd edib:"Siz onları əczaçılıq, tibb və proteomik sənaye laboratoriyalarında tapa bilərsiniz. Laboratoriyamızda olan cihazın çəkisi təxminən 200 kq-dır və kosmosda səmərəli istifadə oluna bilən azaldılmış prototip yaratmaq bizə səkkiz ilə başa gəldi".

Yeni cihaz daha böyük sələfləri ilə eyni üstünlükləri təklif edir, lakin kosmik tədqiqatlar və planet materiallarının yerində təhlili üçün optimallaşdırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed