"Açıq tipli suallarda problem yoxdur,abituriyentlər kodlaşdırmadan xəbərsizdirlər"-Ekspert vaxt problemindən DANIŞDI

Açıq tipli suallarda problem yoxdur,abituriyentlər kodlaşdırmadan xəbərsizdirlər

“Açıq tipli suallar çox zaman aparmır, sadəcə bəzi abituriyentlərin cavab kartının kodlaşdıırlması ilə bağlı anlayışı yoxdur”

5-6 mart tarixlərində 11 illik təhsil bazasından abituriyent üçün ilk buraxılış imtahanları keçirilib.

İmtahanlarda abituriyentlərin üzləşdiyi əsas problemlərdən biri də açıq tipli suallarla bağlı olub. Belə ki, bəzi abituriyentlər və onların valideynləri açıq tipli sualların çətin olması və vaxt aparmasından şikayətlənərək, sualların cavablarını cavab kartında kodlaşdırmağa vaxt çatmadığını bildiriblər.

Məsələ ilə bağlıqəbul məsələləri üzrə ekspert Sübhan MusayevAzEdu.az-a açıqlamasında problemin səbəbinin aydınlaşdırarkən əksər abiturieyntlərin ümumilikdə cavab kartının kodlaşdırılmasından xəbərsiz olduğunu bildirib:

“Elə abituriyentlər var ki, sınaq imtahanlarında az iştirak edirlər. Nəticə olaraq həmin abituryentlər imtahanda cavab kartını doldurmaqda çətinliklə üzləşirlər. Əkəsriyyəti buraxılış vərəqələrinin kodlaşdırılmasından xəbərsizdirlər. Əsas zamanın idarə edilməsi buradan qaynaqlanır. Abituriyentlər buraxılış imtahanından öncə sınaq imtahanlarında iştirak edib cavab kartı, kodlaşdırma ilə tanış olsalar onlar üçün imtahanda daha rahat olar”.

Ekspert abituriyentlərin cavab kartını kodlaşdırma problemindən danışaraq, sualların qısa və konkret cavablanmalı olduğunu vurğulayıb:

“Əslində açıq tipli testlərin formatında hər hansı bir çətinlik yoxdur, sadəcə olaraq bəzi abituriyentlərin cavab kartlarının kodlaşdırılması ilə bağlı anlayışı yoxdur. Bu sual tipi çox zaman aparmır, normal vaxt tələb edir. Sadəcə olaraq burada sualların lokal şəkildə cavablandırılması tələb olunur. Sualları uzun şəkildə cavablandırmaqla müsbət nəticə əldə etmək çətinləşir, qısa cavablandırmaq lazımdır. Məsələn, Manna dövlətinin nə zaman yaranması ilə bağlı sual qeyd olunubsa, birbaşa yaranma tarixini yazmaq lazımdır, bu dövlət haqqında əlavə məlumatları qeyd etməyə ehtiyac yoxdur. Bu sadəcə abituriyentin imtahanda vaxt itirməsilə nəticələnir. Qısa və konkret cavab tələb edən açıq tipli sualların cavabları bu tələbə uyğun cavablandırılmalıdır. Amma bir şərtlə ki, cavabın doğru olduğuna əmin olunsun”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed