ADNSU-da Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub

ADNSU-da Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub.

"Report"xəbər verir ki, açılış mərasimində Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Milli Məclisin deputatları, universitetin rektoru Mustafa Babanlı və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış rəmzi sayılan qırmızı lent kəsildikdən sonra tədbir iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olan professor İlhan Varankın adı verilən mühazirə zalında davam etdirilib.

Tədbirdə çıxış edən rektor M.Babanlı qeyd edib ki, ADNSU-nun iki sinif otağı və mühazirə zalına türkiyəli şəhid professor İlhan Varank və Erol Olçokun adları verilib: "Azərbaycan və Türkiyə qardaşlığı hər zaman yüksək səviyyədə olub. İkinci Qarabağ müharibəsində universitetimizin 23 tələbəsi şəhid olub. Universitetimizdə şəhid adları veriləcək auditoriyalar açılacaq. İlk olaraq türkiyəli professorların adı verilən sinif otaqları oldu. Davamlı şəkildə Vətən müharibəsində həyatını itirən ADNSU-nun şəhid tələbələrinin adları da sinif otaqlarına veriləcək".

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında bildirib ki, 15 iyul gecəsi heç vaxt insanların yaddaşlarından silinməyəcək: "Kimliyi məlum olmayan, dövlətin suyunu içən, pulunu yeyənlər vəhşicəsinə, namərdcəsinə günahsız insanların canını aldılar. Türkiyə daim öz sözünü deməkdə azad və güclü dövlətdir. Türkiyə Azərbaycanın haqlı davasında yanında və arxasında olan ilk dövlət olub. Bu dəstək bundan sonra da eyni şəkildə davam edəcək. Bu gün açılışı olan mərkəz "bir millət, iki dövlət" anlayışını daha da gücləndirmiş olacaq".

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bu gün çox kədərli olduğunu vurğulayıb: "Sinif otaqlarından birinə adı verilən İlhan Varank qardaşım olub. Qardaşım öz həyatını türk gənclərinin yaxşı gələcəyi üçün qurban verdi".

"Azərbaycan "Teknofest" festivalı sayəsində gənc nəslə texnoloji sahədə olan yenilikləri öyrədəcək imkan yaratmış olur. İki ölkə qardaşlığı bu vasitə ilə daha da güclənmiş olacaq. Bu kimi geniş tədbirlərlə türk dövlətlərinin gücünü bütün dünyaya göstərmiş oluruq. 15 iyul çevrilişində bizim yanımızda olduğunu bildirən ilk dövlət məhz Azərbaycan oldu. Biz də Türkiyə olaraq daim qardaş ölkənin yanındayıq" - türkiyəli nazir əlavə edib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed