ADNSU-da əyani şöbədə təhsil alan tələbələrdən 11 min 137-si imtahanlarda iştirak edib

ADNSU-da əyani şöbədə təhsil alan tələbələrdən 11 min 137-si imtahanlarda iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında bakalavriat səviyyəsində əyani şöbədə təhsil alan 11 min 248 tələbədən 11 min 137-si imtahanlarda iştirak edib.

Bu barədəAZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, həmin tələbələrdən 365-i əla, 1888-i yaxşı, 6.190-nı qarışıq, 2.694-ü qeyri-kafi qiymətlər alıb. 111 nəfər üzrsüz səbəblərdən imtahanlarda iştirak etməyib.

ADNSU üzrə bakalavriat səviyyəsində əyani şöbə üzrə müvəffəqiyyət göstəricisi 75,8 faiz, keyfiyyət göstəriciləri 20,2 faiz təşkil edib. Ötən tədris ilinin müvafiq imtahan sessiyasının nəticələri ilə müqayisədə müvəffəqiyyət göstəricisi 1,9 faiz artıb, keyfiyyət göstəricisi isə 0,8 faiz azalıb.

Bakalavriat səviyyəsində qiyabi şöbədə təhsil alan 203 tələbədən 199-u imtahanlarda iştirak edib, onlardan 5-i əla, yaxşı və çox yaxşı, 156-sı qarışıq, 38-i qeyri-kafi qiymətlər alıb. 4 nəfər tələbə üzrsüz səbəblərdən imtahanlarda iştirak etməyib.

Qiyabi şöbədə müvəffəqiyyət göstəricisi 98,0 faiz, keyfiyyət göstəricisi isə 2,5 faiz təşkil edib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed