ADPU-da yeni baza məktəbləri yaradılır

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni baza məktəblərinin yaradılması planlaşdırılır.
“Report”un xəbərinə görə, bu barədə universitetdə keçirilən iclasda məlumat verilib.
Qeyd olunub ki, ADPU-nun baza məktəblərinin yaradılması ilə bağlı qaydalar layihəsi, baza məktəbi ilə ADPU arasında birgə iş planının layihəsi və təklif olunan baza məktəblərinin siyahısı hazırlanaraq, Elm və təhsil Nazirliyinə göndərilib.