ADPU-nun 100 illik yubileyi qeyd olunub - YENİLƏNİB

ADPU-nun 100 illik yubileyi qeyd olunub - YENİLƏNİB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunan mərasim keçirilib.
"Report" xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, ali məktəbin müəllimləri və digər dövlət rəsmiləri iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, son 100 ildə ADPU-nu 160 mindən çox tələbə bitirib və onlar da istər təhsil sferasında, istərsə də çalışdıqları digər sahələrdə Azərbaycanın ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər: "Ümumiyyətlə, bu gün elə bir təhsil müəssisəsi, elmi idarə, təşkilat və ya təhsillə bağlı QHT yoxdur ki, orada Pedaqoji Universitetin məzunları çalışmasınlar. Universitetimizin yetirmələri həm də müxtəlif dövlət orqanlarında, nazirlik, komitə və agentliklərdə, yerli icra hakimiyyətlərində, güc strukturlarında, özəl qurumlarda uğurla fəaliyyət göstərirlər. Biz işlədiyi sahədə fərqlənən, universitetimizin adını uca tutan hər bir məzunumuzla fəxr edirik. Fəxr edirik ki, Elmlər Akademiyasının prezidenti olmuş 11 nəfərdən 3-ü – Yusif Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayev bizim universitetin yetirmələridir. Tanınmış yazıçı və şairlərimizdən Səməd Vurğun, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Süleyman Rəhimov, Şıxəli Qurbanov, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, görkəmli alimlərimizdən Heydər Hüseynov, Məmməd Arif, Həmid Araslı, Mehdi Mehdizadə, Əlisöhbət Sumbatzadə, Əbdüləzəl Dəmirçizadə, Budaq Budaqov və bir çıxışda adlarını sadalaya bilməyəcəyimiz onlarla digər məşhur ziyalılar müxtəlif illərdə Pedaqoji Universitetində təhsil alıblar. Fəxr ediləsi haldır ki, fəaliyyəti dövründə Pedaqoji Universitet yalnız Azərbaycanda deyil, Balkanlardan Çin səddinədək uzanan geniş bir coğrafi məkanda pedaqoji kadr hazırlığının flaqmanı olub, Bolqarıstan, Gürcüstan və Mərkəzi Asiya respublikaları üçün yüksək ixtisaslı müəllim və elmi kadr hazırlığı işini uğurla həyata keçirib".
Təhsil naziri Emin Əmrullayev bildirib ki, ADPU-nun təhsil həyatında müstəsna rolu var: "Universitetin 160 minlik məzunu yəqin ki, Azərbaycanın son 100 ilində həyatında bu və ya digər şəkildə rol oynayıb. 160 mindən çox adamın fəaliyyəti nəticəsində bir çox sahədə insanların bilik və bacarığı formalaşıb".
Tədbir bədii hissə ilə davam edib.
12:09
"Son illər mümkün reallıqlar çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) daha keyfiyyətli kadrların hazırlanması baxımından böyük işlər görülüb".
"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ADPU-nun 100 illik yubileyinə həsr olunan mərasimdə deyib.
Onun sözlərinə görə, bu universitetin məzunlarının yarısı ali məktəbi bitirdikləri ilk ildə müəllimlərin işə qəbul imtahaları vasitəsilə işə qəbul olurlar: "Ali məktəbin məzunlarının bir qismi fəaliyyətini azad edilən ərazilərdə davam etdirəcək. Bu, yeni nəslin hazırlanması baxımından vacib və ümidverici məqamdır".
Nazir əlavə edib ki, son illər istər müəllimlərin işə qəbulu müsabiqəsi, istərsə də müəllimlik ixtisasına qəbulda statistik rəqəmlər artıb: "Belə ki, son illərdə MİQ vasitəsilə işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən 55-56 min nəfərə çatıb, yəni bu rəqəm 3 dəfə artırıb. Bu da daha artıq rəqabət qabiliyyətli və keyfiyyətli müəllim seçmək imkanı yaradıb. Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəlliminə XX əsr müllimində olan bacarıqlarla yanaşı, əlavə bacarıqlar da tələb olunur, artıq yeni bacarıq tələbləri də var".
  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed