ADU-nun rektoru semestr ərzində yüksək nəticə göstərən tələbələrlə görüşüb

ADU-nun rektoru semestr ərzində yüksək nəticə göstərən tələbələrlə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla semestr ərzində ən yüksək nəticə göstərmiş tələbələrlə görüşüb. Rektor tələbələrlə birlikdə nahar edib, onların fəaliyyəti, dərsləri, universitet həyatı ilə yaxından tanış olub. Akademik Kamal Abdulla tələbələri maraqlandıran suallara cavab verib, onlarla elmi-ədəbi mövzularda fikir mübadiləsi aparıb.

Bu barədəAZƏRTAC-a ADU-dan məlumat verilib. Rektor tələbələri Azərbaycanın ictimai həyatında fəal iştirak etməyə, dövlətçiliyə sadiq ruhda yaşamağa, müasir dünya elminə inteqrasiya olmağa və bütün varlıqları ilə Vətənə, xalqa, Prezidentə layiq vətəndaş kimi öz üzərilərinə düşən vəzifələri yüksək bacarıqla yerinə yetirməyə çağırıb.

Bildirilib ki, elmə, təhsilə olan diqqət və qayğı bu gün hər bir gəncin istedadının və bacarığının ortaya çıxması üçün olduqca əlverişli imkanlar yaradır. Bu imkanlar hər kəs üçün əlçatan və bərabərdir. Tələbələrin gözü ilə universitet həyatını görməyin zəruri olduğunu bildirən rektor Kamal Abdulla gəncliyə, gələcəyə inamla baxdığını, Azərbaycanın inkişafında gənclərin rolunun müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, ADU-da həm tələbələr üçün, həm də müəllimlər üçün olduqca əlverişli şərait yaradılıb.

Səmimi söhbət əsnasında Kamal Abdulla tələbələrin təhsil uğurlarından, elmi-təcrübi fəaliyyətin əhəmiyyətindən danışarkən bir məsələni xüsusi olaraq vurğulayıb. Bildirib ki, hər bir tələbə, ilk növbədə, doğma dilini, doğma Vətənini, doğma xalqını sevməli, müdafiə etməli və bununla da əcdadlarının miras qoyduğu torpağa sədaqətini nümayiş etdirməlidir.

Görüşdən müsbət təəssüratlarla ayrılan tələbələr öz fikirlərini bölüşüblər. Tərcümə fakültəsinin 3-cü kurs tələbəsi Sevinc Məhərrəmova rektorla görüşün əhəmiyyətindən söz açıb: “Bu gün unudulmaz bir gün oldu. Mən bu görüşü hər zaman xatırlayacağam. Rektorun bizimlə bərabər oturub eyni süfrədə nahar etməsi və səmimi söhbəti məni olduqca sevindirdi. Bu görüş bizə stimul verdi, bizi bir-birimizə daha yaxın etdi. Biz bir daha anladıq ki, universitet bizim ikinci evimizdir. Bu şəraitə görə və səmimi görüşə görə Kamal müəllimə sonsuz təşəkkürümü bildirirəm”.

Təhsil-1 fakültəsinin dördüncü kurs tələbəsi Zeynəb Salmanova görüşlə bağlı deyib: “Əlbəttə, ilk dəfədir ki, belə bir görüşün həm şahidi, həm də iştirakçısı oluram. Rektorla bir süfrədə, bir masada səmimi və pozitiv görüşdən doğan məmnunluğumu gizlədə bilmərəm. Biz bu görüşdə həm elmi, həm fəlsəfi, həm də bədii mövzularda müzakirələr apardıq. Dolğun bir görüş oldu. Bu günün sehrini hələ uzun müddət xatırlayacağam”.

ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova tələbələrlə görüşlərin mütəmadi xarakter alacağını bildirib. Qeyd edib ki, bu kimi görüşlər tələbələr üçün həm vacib, həm də faydalıdır. Universitetimizin rektoru Kamal Abdulla hər bir tələbəni diqqətlə dinləyir, fikirlərinə və düşüncələrinə önəm verir. Bu da tələbələrə stimul və motivasiya üçün əlavə qaynaqdır. Məhz bu addım tələbələrin uğurlarına həm də dəstək vermiş olur.

Görüşdə akademik Kamal Abdulla yeni kitabını tələbələr üçün imzalayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed