Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyənlər təlimlərə dəvət olunur

Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyənlər təlimlərə dəvət olunur

Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir.

İnstitutdanAzEdu.az-a bildirilib ki, təlimlər “Pedaqoji fəaliyyətdə ilk addım”, “Tədrisin planlaması və tətbiqi”, “Ali təhsilin normativ-hüquqi tənzimlənməsi”, “Təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi”, “Elmi rəhbərlik”, “Tədrisin idarə edilməsi” və “Peşə etikası” mövzularını əhatə edəcək.

Təlimlərdə iştirak etmiş şəxslər ali təhsildə pedaqogika və psixologiya, təhsilalanlara fərdi yanaşma ilə bağlı biliklərini artıracaq, rəqəmsal texnologiyalardan rahatlıqla istifadə edə biləcək, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək, qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcəklər. Həmçinin tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcəklər.

Təlimlərdə ali təhsilli şəxslər iştirak edə bilərlər. Ödənişli əsaslarla keçirilən bu təlimlərin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

Proqram və ödəniş ilə bağlı qeydiyyatdan keçən şəxslərə ətraflı məlumat göndəriləcək. Qeydiyyat martın 3-dək aparılır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed