Ali məktəblərə qəbul ola bilməyənlərə MARAQLI bir şans veriləcək

Ali məktəblərə qəbul ola bilməyənlərə MARAQLI bir şans veriləcək

Təhsil Nazirliyi“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ali təhsilə çıxış imkanlarının genişləndirilməsi üçün ölkənin ali təhsil müəssisələrində hazırlıq fakültələrinin təşkili məqsədilə Nazirlər Kabinetinin qarşısında təkliflə çıxış edib. Qeyd olunan təklifləriNazirlər Kabinetitəsdiqlədiyi təqdirdə ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq.
Təhsil NazirliyindənAPA-nın sorğusuna cavab cavab olaraq bildirilib ki, hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra ixtisaslar üzrə boş qalan yerlərə müvafiq olaraq aparıla bilər.“Hazırlıq fakültələrinə qəbul müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə, abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə həyata keçirilə bilər. Bu fakültələrdə təhsilin yalnız ödənişli əsaslarla aparılması mümkündür. Burada təhsil alan tələbələrə seçdikləri ixtisas qrupu üzrə qəbul zamanı nəzərdə tutulan fənlərlə yanaşı, həmin ixtisasın tədris planına daxil olan bir sıra fənlər də öyrədilə bilər” - deyə cavabda bildirilib.
Qeyd olunub ki, tədris ilində müvəffəqiyyətlə təhsil alanlar həmin ixtisas üzrə ali təhsil müəssisəsinin birinci kursuna müsabiqədənkənar qəbul olunaraq, təhsillərini ödənişli əsaslarla davam etdirə bilər. Hazırlıq fakültələrinin əsasən, özəl, eləcə də regionlarda fəaliyyət göstərən bir sıra dövlət universitetlərində yaradılması mümkündür. Bu fakültələr yaradıldığı təqdirdə bütün ixtisaslara şamil olunmayacaq. Burada məqsəd ölkədə ali təhsilə çıxış imkanlarını daha da genişləndirmək, əlyetərliyi təmin etməkdir.
Təkliflərə münasibət bildirən professor Firudin CəlilovAPA-ya deyib ki, bu, gənclərin təhsilə cəlb olunması üçün atılan çox ağıllı adımdır: “Bunu ancaq dəstəkləmək olar. İkinci tərəfdən, qəbul asanlaşacaq. Ali məktəbə qəbul mexanizmlərinə aparılan dəyişiklikləri ancaq yaxşı addım kimi dəyərləndirirəm".
Millət vəkiliFazil MustafaAPA-ya açıqlamasında qeyd edib ki, əsas problemlərdən biri yüksək məsrəf sərf etməklə xarici ölkələrə, xüsusi ilə Ukrayna, Türkiyənin hər hansı bir universitetinə üz tutan tələbələr üçün alternativlərini tapmaq lazım idi: “Yəni, yerli səviyyədə daha azməsrəfli təhsili əlçatan etmək. Bu layihənin ortaya qoyulması çox aktual, doğru yanaşmadır. Lazımi balı toplamayanlar hazırlıq fakültələrində yenidən bu təhsili keçərək, gələcəkdə həmin universitetlərdə ali təhsil almaq imkanı qazanırlar. Hesab edirəm ki, belə alternativlər nə qədər çox olsa, o qədər yaxşıdır. Çünki başqa ölkələrin büdcəsinə sərf olunan vəsait yerinə, həm öz ölkəmizə xeyir verərlər, həm də ali təhsil müəssisəsinin maddi-texniki bazasının güclənməsinə kömək edərlər. Daha az xərc çəkərək, təhsil ala bilərlər. Çünki xaricdə yerləşən universitetlərə gedib-gəlmək, qalma şərtləri və sair xeyli məsrəf tələb edir. Düşünürəm ki, məsələnin aktuallığını hər kəs araşdırandan sonra müsbət mənada qəbul edə biləcək”.
Təhsil eksperti Asif Cahangirovun fikrincə, bunu regionlarda tətbiq etmək daha yaxşıdır: “Bilirsiniz ki, bölgələrdə müəyyən ixtisaslar üzrə çatışmayan kadrlar var. Yaxşı olar ki, elə həmin bölgələrdən abituriyentlər cəlb olunsun. Orda oxusunlar, sonra elə öz rayonlarında çalışsınlar. Hesab edirəm ki, çox uğurlu olacaq”.
Təhsil eksperti Şahlar Əsgərov da yeniliyi müsbət qiymətləndirib: “Mən həmişə deyirəm ki, gənclərin ali təhsilə meylini yönləndirmək lazımdır. İndi tələbə qəbulunda bir az uğur qazanmış məzunlar onlara yaradılan daha bir şəraitdən yararlanaraq, ali təhsil müəssisəsinə qəbul olunacaq. Bu, da çox dəyərlidir. Biz hər zaman gəncliyə dəstək göstərməliyik. Əminəm ki, bu da gəncliyə qayğının təzahür formalarından biridir”.
Təhsil eksperti Kamran Əsədovun fikrincə, bu, mütərəqqi addımdır: “İlk növbədə bunu zəruri edən bir sıra mühüm şərtlər mövcuddur. Hər il xeyli tələbə öz vəsaitləri hesabına xaricdə təhsil almağa gedirlər. Bu da kifayət qədər böyük məbləğdə pul vəsaitlərinin və insan resurslarının xaricə getməsinə səbəb olur. Eyni zamanda, ali təhsil müəssisələrinin də inkişaf etməsinə şərait yaratmış olacaq”.
Faktor.az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__25094908

bu il sinaq ne vaxt olacaq zehmet olmasa vaxti yazin

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed