AMEA: "Azərbaycan florasının 10 faizi nadir bitkilərə çevrilmək təhlükəsi ilə üz-üzədir"

AMEA: Azərbaycan florasının 10 faizi nadir bitkilərə çevrilmək təhlükəsi ilə üz-üzədir

"Azərbaycan florasının 10 faizi nadir bitkilərə çevrilmək təhlükəsi ilə üz-üzədir".

Bunu"Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva məlumat verib.

Onun sözlərinə görə, bu bitkilərlə bağlı məlumatlar “Qırmızı Kitab”ın çapa hazırlanan üçüncü nəşrində öz əksini tapacaq.

S.İbadullayeva hazırda nadir bitkilərə çevrilmək təhlükəsi olan bitkilərlə bağlı qiymətləndirmə prosesinin getdiyini bildirib. İnstitut direktoru bitkilərin azalması səbəblərindən birinin xırda və iribuynuzlu heyvanların otarılmasının sistemsizliyi ilə izah edib: “Tədqiqatlar apardığımız kəndlərdə sakinlər otarılmanın sistemsiz olmasından şikayət edirlər. Məhz bu sistemsizlik nəticəsində heyvanlar bitkilərin həm köklərini, həm də toxumlarını məhv edir”.

S.İbadullayeva problemdən çıxış yolu kimi torpaqlar və bitkilərin analizinin aparılmasını, bundan sonra heyvanların hansı ərazilərdə nə qədər otarılmasının məqsədəuyğunluğu ilə bağlı xəritələnmənin aparılmasını təklif edir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed