AMEA-da “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü qeyd olunub

AMEA-da “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü qeyd olunub

AMEA-da 11 Fevral – “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunan “Dayanıqlı inkişaf məqsədləri kontekstində qadınların, qızların və elmin rolu” mövzusunda konfrans təşkil edilib.

AkademiyadanAZƏRTAC-a bildirilib ki, tədbir Rəyasət Heyəti və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilib. Əvvəlcə Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin ağır nəticələrindən danışıb. O, bu zəlzələnin son 100 ilin ən dəhşətli hadisələrindən biri, insanlıq üçün böyük faciə olduğunu qeyd edərək Azərbaycanın hər zaman qardaş ölkənin yanında olduğunu vurğulayıb.

İ.Hüseynova BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-nin “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edildiyini bildirib. Bu günün qeyd edilməsində əsas məqsədin dayanıqlı inkişaf kontekstində qadın və qızların cəmiyyətdə rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi olduğunu söyləyib.

Akademik bu gün ölkəmizdə qadınların bütün sahələrdə inkişafına, o cümlədən elmi fəaliyyətdə uğur qazanmasına xüsusi diqqət yetirildiyini deyərək, AMEA-da və Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan əməkdaşların böyük əksəriyyətini qadınların təşkil etdiyini diqqətə çatdırıb.

“Qadınlarımız fəaliyyət göstərdikləri bütün sahələrə əhəmiyyətli töhfələr verirlər”, - deyən İradə Hüseynova görkəmli qadın alimlərimizin elmə bəxş etdiyi yeniliklərdən söz açıb. O, bütün həyatı və fəaliyyəti qadınlarımız üçün böyük örnək olan akademik Zərifə Əliyevanın tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, Elm Fondunun İcraçı direktoru Mehriban İmanova, AMEA-nın Qadınlar Şurasının sədri Rəna Mirzəzadə çıxış edərək Azərbaycan qadınlarının hər zaman ictimai fəallıqları ilə seçildiklərini, onların problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığını söyləyiblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və s. sahələrdə geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınlarına nümunədir.

Tədbirdə “Herontoloji araşdırmalar davamlı inkişaf məqsədləri kontekstində”, “Azərbaycanın qadın arxeoloq alimləri”, “Azərbaycan elmində qadın” mövzusunda məruzələr dinlənilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed