AMEA-nın Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağı keçiriləcək

AMEA-nın Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağı keçiriləcək

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağı keçiriləcək.

"Report"xəbər verir ki, bu barədə qurumun Rəyasət Heyətinin aprelin 6-da keçirilən iclasında qərar qəbul olunub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, qurumun ulu öndərin 100 illik yubileyinə həsr edilmiş Ümumi yığıncağında Akademiyanın həqiqi və müxbir üzvləri, respublikanın tanınmış alim və ziyalıları ilə yanaşı, Türkiyə, Pakistan, Rusiya, Gürcüstan və başqa ölkələrin akademik elmi qurumlarından rəhbər şəxslərin iştirakı da nəzərdə tutulur.

  • Paylaşmağı unutma

Səhr yaz

......