AMEA prezidenti: "40 yaşına qədər olan elmlər doktorlarının sayı cəmi 8 nəfərdir"

AMEA prezidenti: 40 yaşına qədər olan elmlər doktorlarının sayı cəmi 8 nəfərdir

Bu gün Azərbaycanda həm AMEA, həm də Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarda 40 yaşına qədər olan elmlər doktorlarının sayı cəmi 8 nəfərdir.

“Report”xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, bu say azdır:

“Səbəblər araşdırılır, elmin gənclərişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlayıb. Bu məsələdə dünya təcrübəsi öyrənilir. Bunu daha sistemli aparmaq üçün AMEA Rəyasət heyətinin ötən gün keçirilən iclasında “Elektron Akademiya” şöbəsi yaradılıb”.

  • Paylaşmağı unutma

Səhr yaz

......