Aşağı maaşlı müəllimləri imtahan etmək düzgün deyil-Etiraz

Aşağı maaşlı müəllimləri imtahan etmək düzgün deyil-Etiraz

“Bağçaların əksəriyyətində bir ştatlıq yerdə 2-3 müəllim işləyir”.

Bu sözləriAzEdu.az-aaçıqlamasında sabiqdeputat, tanınmış pedaqoq Sona Əliyevadeyib.

Belə ki, bağçalar Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra burada işləyəcək müəllimlər üçün işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Sona Əliyeva bu qərarın nə dərəcədə effektiv olması ilə bağlı fikirlərə münasibət bildirib:

“Bağçaların Təhsil Nazirliyinə verilməsi addımını dəstəkləyirəm. Buna səbəb olaraq zamanında bu qurumlara təhsil şöbələri nəzarət etmədiyi üçün metodiki ştatdan çıxmağnı səbəb göstərə bilərəm. Ona görə də məktəbəqədər təhsil müəssisələrinin nazirliyin tərkibinə verilməsini müsbət irəliləyiş olaraq qiymətləndirirəm”.

Pedaqoq Sona Əliyeva bağçalarda olan problemlərdən də söz açıb:

“Lakin bağçalarda çoxlu sayda problemlər var ki, ilk olaraq onları həll etmək lazımdır. Sonra isə müəllimlərin işə qəbul prosesi aparılmalıdır. Bu idarələrin əksəriyyətində bir ştatlıq yerdə 2-3 müəllim işləyir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, minimum əməkhaqqı 300 manat təşkil edir, bağçalar isə 1 ştatı bölüb 3-4 nəfər arasında paylayır və hər adama 70-100 manatlıq məbləğ düşür. Ştat məsələlərinə yenidən baxılmalıdır. Məktəbəqədər təhsil haqqında qanunda bağça müdirini təyin etmək üçün staj tələb olunmur. Bəs bağça müəllimlərini işə qəbul etmək üçün ona imtahan keçirmək nəyə lazımdır? Düşünürəm ki, Təhsil Nazirliyi işə qəbul üzrə məsələni kənara qoymalıdır. Universiteti bitirən tərbiyəçi müəllimlər təyinat ilə öz yaşadıqları rayonlara göndərsin. Bu şəkildə gənclər də işsiz qalmayacaq, həm də müəllimlərin imtahan stresi də aradan qalxacaq. Dünyanın heç bir yerində belə aşağı maaş ilə müəllimləri imtahan etmirlər. Bu şəxslər professor deyil, bağça və orta məktəb müəllimidir. Bağçada olan uşaqların əksəriyyəti maksimum 6 yaşa qədər olur. Həmçinin, azyaşlı uşaqlarla, daha böyük yaş qurupuna malik olanlar arasında fərq qoyulmalıdır. Bağçaların işə qəbul prosesini gündəmə gətirmək hələ çox tezdir. Bu qurumlar icra hakimiyyətinin tərkibindən yeni çıxıb. Onlar Təhsil Nazirliyi ilə işləməyi öyrənməlidir. Bağçalar daha çox uşaq saxlama mərkəzinə çevrilmişdi. Müəllimlər imtahanın adı gəldikdə belə depresiyaya düşürlər”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed