Aşqarlar Kimyası İnstitutu “Sabahın alimləri”nə elmi və texniki dəstək verir

Aşqarlar Kimyası İnstitutu “Sabahın alimləri”nə elmi və texniki dəstək verir

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun (AKİ) bir qrup gənc alim və mütəxəssisi “Sabahın alimləri” XII respublika müsabiqəsi çərçivəsində təşkil olunan sərgiyə baxıb, məktəblilərin elmi layihə təqdimatları ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.

Bu barədəAZƏRTAC-a institutdan məlumat verilib.

Bildirilib ki, AKİ bu müsabiqəyə elmi və texniki dəstək verir. Belə ki, “Sabahın alimləri” XII respublika müsabiqəsinə qatılan Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin şagirdlərinin layihəsinin təcrübi hissəsi AKİ-nin Fizioloji fəal üzvi birləşmələr laboratoriyasında yerinə yetirilib.

Xatırladaq ki, 2018-ci ildə “Sabahın alimləri” VII respublika müsabiqəsi çərçivəsində Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdləri (2 nəfər) elmi layihə yerinə yetiriblər. Onlardan biri Türkiyənin İzmir şəhərində “OKSEF-2018” beynəlxalq müsabiqənin final mərhələsinə seçilərək ölkəmizə bürünc medal qazandırıb.

2019-cu ildə “Sabahın alimləri” VIII respublika müsabiqəsi çərçivəsində Nizami rayonu 251 saylı orta məktəbin başqa 2 nəfər 11-ci sinif şagirdi Türkiyənin İzmir şəhərində “OKSEF-2019” beynəlxalq müsabiqənin final mərhələsinə vəsiqə qazanıb. Layihənin təcrübi hissəsi 2018-2019-cu illər ərzində Aşqarlar Kimyası İnstitutunun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasında yerinə yetirilib.

“Sabahın alimləri” IX respublika müsabiqəsinə “Tibb və sağlamlıq” bölməsi üzrə qoşulan Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin AKİ-nin Fizioloji fəal üzvi birləşmələr laboratoriyasında yerinə yetirdikləri “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi müsabiqənin fərqlənmə diplomuna layiq görülüb.

Türkiyənin İzmir şəhərində onlayn formatda keçirilən “BUCA IMSEF-2021” beynəlxalq elm müsabiqəsində dünyanın 27 ölkəsindən 166 layihə sırasında final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Təbiət-riyaziyyat humanitar elmlər təmayüllü liseyin və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin Aşqarlar Kimyası İnstitutunun ideya dəstəyi və elmi məsləhəti ilə kimya fənni üzrə hazırladıqları innovativ layihə bürünc medala layiq görülüb. Onlar, eyni zamanda, 2022-ci ildə keçirilən "Sabahın alimləri” XI respublika müsabiqəsinə “Kimya” bölməsi üzrə qatılaraq III yerin qalibi olublar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed