ATU-da daha 25 tələbə dövlət sifarişi əsasında təhsil almaq hüququ qazandı

ATU-da daha 25 tələbə dövlət sifarişi əsasında təhsil almaq hüququ qazandı

ATU-nun rektoru, professor Gəray Gəraybəyli 2022-2023-cü tədris ilində dövlət sifarişi üzrə boş qalan yerlərə keçən tələbələrlə görüşüb. Son illər Azərbaycan Tibb Universitetində (ATU) müxtəlif kurslar üzrə ödənişli əsaslarla təhsil alan tələbələrin bir qisminin dövlət hesabına təhsil almasına imkan yaradılır. Bu il də akadxemik göstəriciləri yüksək olan daha 25 tələbə ödənişli əsaslarla təhsildən, dövlət sifarişi əsasında təhsil formasına keçirilib.

Modern.azxəbər verir ki, tələbələrlə görüşdə ATU rektoru G.Gəraybəyli bu münasibətlə onları təbrik edib, daha böyük uğurlar arzulayıb. Rektor digər ali təhsil müəssisələrində olduğu kimi ATU-da da tələbələrin həm dövlət sifarişli, həm də ödənişli əsaslarla təhsil aldqıalrını bildirib:

“Hər il dövlət sifarişi əsasında təhsil alan tələbələr arasında müxtəlif səbəblərdən təhsilini saxlayanıar olur. Bununla əlaqədar artıq neçə ildir ki, Səhiyyə Nazirliyi və Elm və Təhsi Nazirliyi arsında qarşılıqlı razılığa əsasən boş qalan yerlərə ödənişli əsaslarla oxuyan tələbələrin arasından ən yaxşı akademmik nəticəsi olanlar keçirilir. Bu il də tam şəffaf formada aparılan müsabiqə prosesi nəticəsində 25 tələbənin dövlət sifarişi əsasında təhsil formasına keçirilməsi baş tutub”.

Universitetin rektoru G.Gəraybəyli bildirdi ki, dövlət sifarişi əsasında təhsil ailələrin maddi yükünü azaldır, tələbənin təhsilə marağını daha da stimullaşdırır. Hazırda ATU-da tələbələrin 80 %-i dövlət hesabına, 20%-i isə ödənişli əsaslarla təhsil alır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed