Azərbaycan alimlərinin məqaləsi ABŞ-da çap olunan kitaba daxil edilib

Azərbaycan alimlərinin məqaləsi ABŞ-da çap olunan kitaba daxil edilib

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Sosial media verilənlərində DDoS hücumların proqnozlaşdırılması üçün təkmilləşdirilmiş LSTM və CNN modelləri” adlı məqalə ABŞ-ın Pensilvaniya ştatında fəaliyyət göstərən “IGI Global” nəşriyyatının redaksiya heyəti tərəfindən seçilərək “Xidmətdən imtina hücumları ilə mübarizə üzrə tədqiqatlar antologiyası” kitabına daxil edilib.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, antologiya informasiya sistemlərinin iş prosesinə mane olan kiberhücumların qarşısının alınması və onlarla mübarizə üçün müdaxilələrin aşkarlanması sistemlərinin yaradılması sahəsində təklif edilmiş müasir yanaşmaları tədqiq edir.

Kitabda kibertəhlükəsizliyin tətbiqi səviyyə protokolları, botnetlərin identifikasiyası, kiberhücumlar, verilənlər bazalarının təhlükəsizliyi, paylanmış xidmətdən imtina hücumları (DDoS), hakerlik, hücumların aşkarlanması sistemləri, zərərli proqramların aşkarlanması, şəbəkə administratorluğu, VPN təhlükəsizliyi, veb-təhlükəsizlik kimi sahələrdə aparılan tədqiqatların nəticələri yer alıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed