Azərbaycan alimlərinin məqaləsi “Springer” nəşriyyatının məcmuəsində yer alıb

Azərbaycan alimlərinin məqaləsi “Springer” nəşriyyatının məcmuəsində yer alıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və böyük elmi işçi Əfruz Qurbanovanın məqalələri nüfuzlu “Springer” nəşriyyatına aid “Advances in Intelligent Systems, Computer Science and Digital Economics IV” adlı elmi məcmuədə yer alıb.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, Şəfəqət Mahmudovanın “İnstrumental proqram sistemlərinin sintezində istifadə olunan intellektual interfeys üçün metodun işlənməsi” adlı məqaləsində proqram sistemlərinin sintezi barədə məlumat verilib. Tədqiqat işində intellektual proqram sisteminin sintezi məsələləri üçün konseptual model işlənib, sintez prosesinin modeli qurulub, biliklər bazasının yaradılması məsələsi nəzərdən keçirilib. Süni intellekt metodlarından istifadə etməklə intellektual interfeysin qurulmasında ekspert qiymətləndirmə və qeyri-səlis çoxluqlar nəzəriyyəsindən istifadə edilib.

Əfruz Qurbanovanın “Sənaye 4.0 dövründə milli azlıqların dillərinin qorunması problemləri və perspektivləri” adlı məqaləsində isə informasiya-kommunikasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan dövrümüzdə dillərin, eləcə də milli azlıqların dillərinin qorunması və inkişafının həlli vacib məsələlərdən olduğu qeyd edilib. Tədqiqat işində dillərin sosiolinqvistik aspektdə öyrənilməsinin zəruriliyi əsaslandırılıb, onların demoqrafik gücünü müəyyən edən amillər analiz olunub. Qloballaşma prosesinin dünyadakı dillərə təsiri, onların qorunması istiqamətində beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihə və proqramlar, qəbul edilən mühüm sənədlər təhlil edilib. Dillərin virtual məkanda təsbit olunması və sənədləşdirilməsinin zəruriliyindən bəhs edilib, kiberməkanda dillərin vəziyyəti və istifadə səviyyəsi təhlil olunub.

Həmçinin “Sənaye 4.0” kontekstində milli azlıqların dillərinin qorunması problemlərinin həllinə mümkün yanaşmalar nəzərdən keçirilib. Azərbaycanda milli azlıqların dillərinin vəziyyəti, coğrafiyası, demoqrafiyası və istifadə səviyyəsi təhlil olunub, milli azlıqların dillərinin qorunması və inkişafı istiqamətində təklif və tövsiyələr verilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed