“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” təqdim olunub

“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı keçirilib.

"Report"un xəbərinə görə, Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli deyib ki, atlası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları tərtib edib.

O söyləyib ki, atlas “Şuşa ili”nə həsr olunub.

4 dildə (Azərbaycan, türk, rus, ingilis dillərində) tərtib olunan "Azərbaycan dilinin Qarabağ va Şərqi Zəngəzur dialektoloji atlas"ında Qarabağ dialektini və Şərqi Zəngəzur şivələrini əhatə edən minə yaxın yaşayış məntəqəsinin 692-si kodlaşdırılıb.

Atlasda 278 xəritə, hər bir xəritə üçün yazılan xüsusi şərh, atlasın tərtibində istifadə olunan proqram, tədqiq edilən yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunan informatorların siyahısı, informatorların səsi yazılan kompakt disk ilə yanaşı ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilən, həmçinin, Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılan tarixi Zəfəri əks etdirən şəkillər öz əksini tapıb.

Atlasda izoqlos yaradan dialekt xüsusiyyətləri şərti işarələrlə verilib və onların yayılma arealı müəyyənləşdirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed