Azərbaycan və Türkiyə peşə məktəblərinin yenidən qurulmasında birgə fəaliyyəti davam etdirəcəklər

Azərbaycan və Türkiyə peşə məktəblərinin yenidən qurulmasında birgə fəaliyyəti davam etdirəcəklər

Azərbaycan və Türkiyə peşə məktəblərinin yenidən qurulmasında birgə fəaliyyəti davam etdirəcəklər.

"Report"xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayevlə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşündə bildirilib.

Görüşdə iki ölkə arasında ümumi və peşə təhsili sahəsində ötən il həyata keçirilən birgə fəaliyyət, o cümlədən müəllim və şagird mübadiləsindən məmnunluq ifadə edilib. Cari ildə peşə təhsili müəssisələrinin məzmun və tədris baxımından yenidən qurulması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, nümayəndə heyətinin səfəri fevralın 1-dək davam edəcək.

Səfər çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, STEAM İnnovasiya Mərkəzi, Bakı Avropa liseyi, Bakı Türk Anadolu liseyi və digər təhsil müəssisələrinə ziyarət də nəzərdə tutulub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed