Azərbaycan xalqına və dövlətçiliyinə həsr olunan ömür - ADPU-da tədbir

Azərbaycan xalqına və dövlətçiliyinə həsr olunan ömür - ADPU-da tədbir

Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli – 68” ərazi partiya təşkilatı (ƏPT) “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan xalqına və dövlətçiliyinə həsr olunan ömür” mövzusunda tədbir keçirib.

ADPU-danAZƏRTAC-a bildirilib ki, tədbirdə sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, AMEA-nın müxbir üzvü Novruz Quliyev, professor Hacan Hacıyev, YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, “Ü.Hacıbəyli – 68” ərazi partiya təşkilatının sədri dosent Sultanəli Qurbanov, müəllim və tələbələr iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələlərdə həyatını itirənlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə Ulu Öndərin fövqəlbəşəri dühasının müxtəlif aspektlərindən danışılıb. Çıxışlarda Heydər Əliyevin təkcə Azərbaycana müstəqillik qazandıran böyük xilaskar kimi deyil, eyni zamanda, cəmiyyət həyatının bütün sahələrinə xüsusi diqqət yetirən, bu gün hər bir vətəndaşımıza, xüsusən hər bir gəncimizə örnək olan milli və ümumbəşəri dəyərləri özündə cəmləşdirən unikal bir şəxsiyyət olduğu qeyd edilib.

Sonra Filologiya fakültəsinin tələbəsi Aytac Muradlı vətənpərvərlik mövzusunda şeir söyləyib.

Sonda YAP-a yeni üzv olan müəllim və tələbələrə partiya biletləri təqdim olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

......