Azərbaycanca-Niderlandca lüğət nəşr olunub

AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşı Abdulhəlim ƏhmədzadəninAzərbaycanca-Niderlandca lüğət” kitabı “Nurlan” nəşriyyatında çap olunmuşdur.
İki hissədən ibarət olan lüğətdə Azərbaycanca-Niderlandca və Niderlandca-Azərbaycanca söz və söz birləşmələri verilmişdir.
Lüğətin birinci hissəsində 13 600-dən artıq Azərbaycan dilində söz və söz birləşməsi Niderland dilinə, ikinci hissəsində isə 15 800-dən artıq Niderland dilində söz və söz birləşməsi Azərbaycan dilinə tərcümə edilmişdir.
Müəllif Azərbaycan və Holland dillərini öyrənmək istəyənlərə kitabın tərcümə hissələrində tərcümə üçün seçilən hər iki dildəki sözləri tərkibə daxil edərək, imkan daxilində sadə cümlələr quraraq iki dilə tərcümə etmişdir.
Lüğət mövcud qrammatik və linqvistik meyarlarla mürəkkəbləşdirilməmiş, müxtəlif işarə və göstəricilərdən qismən asanlıqla istifadə edilməsi üçün sadə formada tərtib edilmişdir.
Kitabın elmi redaktorları Gülbəniz Əhmədzadə və Jeroen Verugdenhilidir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed