Azərbaycanda “Azərbaycan tarixi” fənninin tədrisini istəməyənlər də varmış (bu fənni ləğv edirlər)?

Azərbaycanda “Azərbaycan tarixi” fənninin tədrisini istəməyənlər də varmış (bu fənni ləğv edirlər)?

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu iyulun 10-da Təhsil Problemləri İnstitutunda orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələnin müzakirə edilməsi barədə məlumat yayıb.

İnstitutdan Trend-ə verilən açıqlamada bildirilir ki, müzakirə zamanı bundan sonra orta məktəblərdə “Azərbaycan tarixi”nin ayrıca fənn kimi tədris olunmayacağı bildirilib.

Təklif edildiyinə görə, xalqımızın tarixi Tarix fənninin tərkibində, yəni Ümumi tarix və ya Dünya tarixinin tərkibində tədris olunacaq: “Belə bir müzakirənin müstəqillik illərində qaldırılması və müzakirəyə çıxarılması dərin təəccüb və təəssüf hissi doğurur. Bu məlumatla tanış olarkən Sovet dövründə Azərbaycan tarixinin Diyarşünaslıq fənni tərkibində 24 saat həcmində tədris olunması, ağır mübarizələrdən sonra “Azərbaycan tarixi”nin o zaman müstəqil fənn kimi tədris olunmasına nail olduğumuz yada düşür. Sovet dövründə hətta, “Azərbaycan tarixi”nə ayrılan saatların “Ümumi tarix”ə ayrılan saatlar qədər olmasına da nail olunmuşdu. 1990-cı ildə isə üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi” proqramı da çap edilmişdi. Özü də, həmin proqram 1990-cı ildə Fövqəladə Vəziyyət günlərində çap olunmuşdu. Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə ölkədə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?! Fikrimizcə, “Azərbaycan tarixi” orta məktəblərdə ayrıca fənn kimi mütləq tədris olunmalıdır. “Azərbaycan tarixi”nin ləğvinə yol vermək olmaz!”

Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov isə Trend-ə açıqlamasında deyilənləri həqiqətə uyğun saymayıb. Onun sözlərinə görə, bu fikirlər kiminsə subyektiv fikirləri ola bilər. Bu fikirləri institutun rəsmi məlumatı kimi qəbul etmək olmaz. Çünki institutda bu məsələ ilə bağlı rəsmi müzakirələr aparılmayıb: “Kimsə deyə bilər ki, hansısa fənn birləşsin, amma heç bir qərar yoxdur”.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__11566095

mence oyrenilmesi cetin oldugundan naraziliqlar var hecmi azaldilaraq ve daha rahat sekilde olsa mence naraziliq azalar.amma esla legv edile bilmez cunki bu fend sayesinde biz kecmisimizi oyrenirik buda cox onemlidir.

Qonaq__12037405

Meqaleden gorunduyu kimi olkemizde duwmenler at oynadanda tariximize bele zerbe vurulmayib.Daxilimizde Azerbaycanimiza zerbeler vurmaq isteyenler de gorunduyu kimi coxdur.Bu da cox hallarda vetenperver muellimlere teziqler,eks movqeyde olan muellimlere ise Emekdar Muellim adi verilmesi hallarinin neticesidir.

Qonaq__11754221

Bu fenn elair

Qonaq__12398226

Boş boş seyler yazmayin
elbeydeki azerbaycan tarixi kecirilməlidir bunu heç kimtehsilden ayira bilmez

Qonaq__12823027

AZERBAYCAN TARIXINI AZERBAYCAN YASAYAN MUDDETDE LEGV EYMEK OLMAZ!!!

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed