Azərbaycanın 369 şagirdi ABŞ-da olimpiadada iştirak edəcək

Azərbaycandan 369 şagird ABŞ-da olimpiadada iştirak edəcək.
“Report”xəbər verir ki, Bakı Ali Neft Məktəbində “Global Olimpic Center”in təşkilatçılığı ilə ABŞ-ın FİSO olimpiadasının ingilis dili üzrə Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıb.
700 qədər şagird arasında təşkil edilən olimpiadanın 369 nəfər qalıb adını qazanıb.
BANM-ın rektoru Elmar Qasımov tədbirdə çıxış edib, şagirdləri və valideynlərini təbrik edib, qaliblərə uğurlar arzulayıb.
Qeyd edək ki, seçim turunda qalıb olan şagirdlər oktyabr ayında Azərbaycanı ABŞ-da təmsil edəcək.