AzMİU-da imtahanlarla bağlı Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" yaradılıb

AzMİU-da imtahanlarla bağlı Apelyasiya Komissiyası, İmtahan Qərargahı və Qaynar xətt

"Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahanlarında şəffaflığın təmin edilməsi məqsədilə Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir".

"Report"xəbər verir ki, bunu universitetin rektoru, professor Gülçöhrə Məmmədova deyib.

Onun sözlərinə görə, imtahanlarda bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir: "Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər".

Rektor bildirib ki, imtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb: "Test üsulu ilə imtahan verən tələbələr üçün 180 və 30 kompüterdən ibarət kompüter zallları fəaliyyət göstərir".

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed