AzMİU-nun əməkdaşı işdə vəfat edib

AzMİU-nun əməkdaşı işdə vəfat edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının böyük laborantı Kosayeva Aybəniz Qədir qızı vəfat edib.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev"Report"a bildirib ki, A.Kosayeva bu gün səhər saatlarında işə gəlib və qəfil halı pisləşib.

Onun sözlərinə görə, universitetin tibb xidmətinin və çağırılan təcili dibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb:

"Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin diaqnozuna görə onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Allah rəhmət eləsin”.

Qeyd edək ki, A.Kosayeva 19 sentyabr 1951-ci ildə Qazax şəhərində anadan olub. O, 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub və 1974-cü ildə Qeyri üzvi maddələrin və kimyəvi gübrələrin texnologiyası ixtisasını bitirib.

A.Kosayeva 1975-ci ildən Kimya kafedrasında (indiki Fizika və Kimya) işləyib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed