AzTU magistratura və doktorantura səviyyələri üzrə ilkə imza atıb

AzTU magistratura və doktorantura səviyyələri üzrə ilkə imza atıb

Azərbaycan Texniki Universiteti (AzTU) və Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) arasında magistratura və doktorantura səviyyələrində ikili diplom proqramı haqqında müqavilənin imzalanması mərasimi keçirilib.

AzTU-danAZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Vilayət Vəliyev AzTU-nun Almaniya universitetləri ilə uzunillik əməkdaşlığından danışıb. Bildirib ki, bu əlaqələrin inkişafına töhfə vermək məqsədilə bu yaxınlarda AzTU-da Alman mühəndislik fakültəsi açılıb. Bu gün imzalanan ikili diplom müqavilələri isə Azərbaycanda bir ilkdir. Rektor bu müqavilələrin hər iki ölkənin təhsil sahəsinin inkişafına təkan verəcəyinə ümid etdiyini deyib.

BTU Cottbus-Senftenberg-in prezidenti, professor Gezine Grande də öz növbəsində imzalanan sənədlərin universitetlər üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ikili diplom proqramına qəbul olunan tələbələr hər iki universitetin diplomuna sahib olmaq imkanı əldə edəcəklər.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli universitetlərin beynəlmiləlləşməsi istiqamətində reallaşan daha bir əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb. O, bu müqavilələrin hər iki ölkənin təhsili üçün əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hər iki universitetin təcrübəsindən yararlanaraq birgə tədqiqatların aparılması mütəxəssis hazırlığının inkişafına müsbət təsir göstərəcək.

Daha sonra AzTU və BTU Cottbus-Senftenberg arasında magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycanla Almaniya universitetləri arasında magistratura və doktorantura səviyyələrində ikili diplom proqramı haqqında müqavilələr ilk dəfədir imzalanır.

İmzalanma mərasimindən sonra rektorlar rəhbərlik etdikləri universitetlər haqqında geniş təqdimatla çıxış ediblər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed