AzTU: Nəqliyyat və logistika sahəsində ortaq mərkəz yaradılacaq

Azərbaycan Texniki Universiteti (AzTU), İstanbul Texniki Universiteti (İTÜ) və Daşkənd Dövlət Nəqliyyat Universiteti tərəfindən nəqliyyat və logistika sahəsində ortaq mərkəz yaradılacaq.
AZƏRTACxəbər verir ki, bu barədə AzTU-nun rektoru Vilayət Vəliyevin Türkiyəyə səfəri zamanı İTÜ-nün rektoru İsmayıl Koyuncu və universitetin nümayəndə heyəti ilə görüşündə fikir mübadiləsi aparılıb.
Bundan başqa, aprelin 26-28-də Özbəkistanın Səmərqənd şəhərində İTÜ, AzTU və Daşkənd Dövlət Nəqliyyat Universiteti tərəfindən keçiriləcək seminarla bağlı ilkin hazırlıqlar müzakirə olunub.