Azyaşlılar üçün “OynaTap” layihəsi təqdim edilib

Azyaşlılar üçün “OynaTap” layihəsi təqdim edilib

İbtidai sinif şagirdlərinin riyazi məntiqi inkişafı üçün oyun əsaslı məntiqi inkişafı stimullaşdıran tədris vəsaitinin və riyazi oyunların internet resursları üzərində hazırlanması və müəllimlərin bu vəsait və oyunlardan tədris prosesində necə istifadə edəcəkləri ilə bağlı təlimlərin keçirilməsini hədəfləyən “OynaTap” layihəsinin təqdimatı keçirilib.

AZƏRTACxəbər verir ki, layihə Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olub. Təqdimat Bakı şəhərində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə reallaşıb.

Layihə rəhbəri Sona Şirinova bildirib ki, ibtidai siniflərdə riyaziyyat fənni üzrə müasir tələblərə cavab verən və proqramı əhatə edən didaktik materiallar kifayət qədər olsa da, mənimsəmə səviyyəsi çox zaman istədiyimiz nəticəni vermir: “Bu problemi nəzərə alaraq bir neçə ildir ki, riyazi məntiq oyunları üsulundan tədris etdiyim sinifdə tətbiq edirəm və nəticələr də yaxşı olur. Bu gün internet imkanları geniş olduğu üçün həmin oyunların geniş yayılmasına, eləcə də şagirdlərin asudə vaxtlarında oynayaraq sadə riyazi bacarıqlarını inkişaf etdirməyə, məntiqi təfəkkürlərini yaxşılaşdırmağa imkan yaradır. Təklif etdiyimiz “OynaTap” layihəsi yuxarıdakı problemlərin qismən də aradan qaldırılmasını hədəf seçib. Bu layihə vasitəsilə ibtidai siniflərdə şagirdlərin proqramda nəzərdə tutulan materialları daha dəqiq və əyləncəli şəkildə mənimsətməklə, onlarda müasir tələblərə cavab verən tapşırıqlarla işləmək bacarıqlarını formalaşdıracaqdır. Təcrübəmə və müşahidələrimə əsasən deyə bilərəm ki, oyun və oyun elementlərindən tədris prosesində mövzulara uyğun istifadə olunması, oyunlaşdırma şagirdlərin dərsə marağını artırır, eyni zamanda, onlarda komanda şəkilində işləmək, problem həll etmək kimi bacarıqlarını inkişaf etdirir və özünəinam hissi formalaşdırır”.

Tədris materialları əsasında hazırlanacaq “OynaTap” layihəsi innovativ yenilikləri nəzərə alaraq tam müasir tələblər səviyyəsində xüsusi QR kodlarla hazırlanacaq və həmin QR kodlar açıq resurslarda paylanılacaq. Bu üsulla şagirdlər istənilən məkandan müstəqil öyrənmələrini təmin edə bilərlər. Layihə, həmçinin internetdə zərərli oyunlara meyil edən şagirdlərin də düzgün istiqamətləndirilməsinə kömək olacaq.

Daha sonra tədbir iştirakçıları layihənin əhəmiyyətindən danışıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

......