Bağçalarda tərbiyəçi-müəllim köməkçisi vəzifəsi olacaq

Gələcəkdə bağçalarda iş strukturu dəyişdirilə bilər.
Trendxəbər verir ki, bunu Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova "Təhsil TV"də qonaq olarkən deyib.
O bildirib ki, bununla bağlı aidiyyəti qurumlara təkliflər verilə bilər.
"Digər ölkələrin bağçalarında bir tərbiyəçi-müəllim və onun köməkçisi olur. Bizdə isə hələlik belə bir şey yoxdur. Amma bizdə də bu istiqamətdə islahatlara ehtiyac ola bilər. Bunun üçün qanunvericiliyə dəyişiklik edilməlidir", - deyə o əlavə edib.