Bakı Dövlət Universiteti BMT ilə tədris sahəsində əməkdaşlığı genişləndirir

Bakı Dövlət Universiteti BMT ilə tədris sahəsində əməkdaşlığı genişləndirir

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə Baş İnsan Hüquqları müşaviri Vladimir Şkolnikov ilə tədris sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirib.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, görüşdə V.Şkolnikov Hüquq fakültəsinin BMT ilə tədris sahəsində əməkdaşlıq səviyyəsini və bu çərçivədə tələbələrin təcrübi biliklərinin inkişaf etdirilməsinə şərait yaradılmasını yüksək qiymətləndirib, əməkdaşlığın mütəmadi davam etdirilməsində maraqlı olduğunu xüsusi vurğulayıb.

Dekan Zaur Əliyev bildirib ki, tədris prosesində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi tələbələrin beynəlxalq təşkilatların təcrübəsindən əyani şəkildə faydalanması, tədris prosesində təqdim olunan nəzəri biliklərin təcrübədə tətbiqi metodlarını və qaydalarını öyrənməsini hədəfləyir. BMT və onun təsisatları ilə tədris sahəsində əməkdaşlıq layihələri yalnız tələbələr üçün deyil, həm də gənc müəllimlər üçün dayanıqlı bilik mənbəyi kimi faydalı olacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......