Bakı məktəblərində monitorinqlər aparılır

Bakı məktəblərində monitorinqlər aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.

Bu barədə"Report"a idarədən məlumat verilib.

Monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili vəziyyətinin öyrənilməsi şagirdlərin dərsə davamiyyətinin yoxlanılmasından ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas hədəflərindəndir.

Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün BŞTİ tərəfindən 5 komissiya yaradılıb. Monitorinqlər zamanı təhsil müəssisələrində məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı müşahidələr aparılır.

Monitorinqlərin yekununda ümumi təhsil müəssisələrində təlimatların tələblərinin icrası, şəxsi nümunə və sosial məsuliyyət, məktəb sənədləri ilə iş, fənn müəllimlərinin təlim prosesinə hazırlıqlı qoşulması, dərs prosesində şagirdlərin aktivliyinin artırılması, şagird nailiyyətlərinin və davranışlarının obyektiv qiymətləndirilməsi ilə bağlı müvafiq təklif və tövsiyələr verilir.

Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.

  • Paylaşmağı unutma

Səhr yaz

......