Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi fəaliyyətə başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi fəaliyyətə başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 146-0 nömrəli Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

İdarədən "Report"a verilən məlumata görə, Çağrı Mərkəzinin yaradılmasının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir.

BŞTİ müdiri Mehriban Vəliyeva Çağrı Mərkəzinin işi ilə tanış olub, əməkdaşlara müvafiq təklif və tövsiyələrini verib.

Vətəndaşlar müvafiq məsələlərlə bağlı həftəiçi 5 gün (saat: 09:00-dan 18:01-dək) 146-0 nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyinin Çağrı Mərkəzinin iş yükünün azaldılması məqsədilə yaradılan 146-0 nömrəli Çağrı Mərkəzinin əməkdaşlarına ötən tədris ilində qısa müddətli təlim keçirilib. Aparılan müşahidələr və əldə olunan statistik göstəricilər bu təcrübənin uğurlu olduğunu göstərir.

  • Paylaşmağı unutma

Səhr yaz

......