Bakıda Gənc Alimlərin Respublika Forumu keçiriləcək

Bakıda Gənc Alimlərin Respublika Forumu keçiriləcək

Bakıda44 günlük Vətən Müharibəsində qazanılmış qələbəyə,“Qafqazda təhlükəsizlik və çağırışlar” mövzusuna həsr olunmuş Gənc Alimlərin Respublika Forumu dekabrın 19-da keçiriləcək.

“Report” xəbər verir ki, tədbir STEM Analitik Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

STEM Analitik Mərkəzinin rəhbəri Orxan Yolçuyevin sözlərinə görə, forum gənc alimlərin Qafqazın inkişaf perspektivlərini və regionda gələcək əməkdaşlığı necə gördüklərini, maraq doğuran təhlükəsizlik məsələlərini, dövrün çağırışlarını müzakirə etməyə imkan verəcək.

"Müharibədən sonra regionda vəziyyət dəyişib. Azərbaycan təkcə regionda deyil, dünyada öz mövqeyini gücləndirib. Hazıkı şəraitdə gənc alimlərin rolu xüsusilə vacibdir", - o, foruma həsr olunmuş mətbuat konfransında deyib.

Politoloq İlqar Vəlizadə Respublika Forumunun gənc alimlər üçün tədqiqat potensialını nümayiş etdirmək, natiqlik bacarıqlarını inkişaf etdirmək və gələcəkdə Azərbaycanı dünya miqyasında təmsil etmək üçün unikal imkan olduğunu vurğulayıb.

Jurnalistlərin suallarını cavablandıran politoloq qeyd edib ki, hələ də regionda sabitliyi pozmağa çalışan qüvvələr var: "Bu, çox təhlükəli oyundur. Tarix boyu üçüncü dövlətlər regionda öz maraqlarını təmin etməyə çalışıb".

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed