Bakıda Texniki Humanitar Lisey təmirə bağlanır, şagirdlər köçürülür

Bakıda Texniki Humanitar Lisey təmirə bağlanır, şagirdlər köçürülür

147 nömrəli Texniki Humanitar Liseyin kontingenti müvəqqəti olaraq köçürülür.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)"Report"a bildirilib ki, Liseydə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinin görüşü keçirilib.

Bildirilib ki, 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunur.

Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur.

Müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed