Bal yığmasanız da tələbə olacaqsınız?! YENİLİK
Təhsil Nazirliyi ali məktəblərə qəbul olan tələbələrin sayının artırlması məqsədilə hazırlıq kurslarının yaradılmasına dair təkliflər paketini hökümətə təqdim edib. SİA-nın xəbərinə görə, ali məktəblərə keçirilən qəbul imtahanlarından kəsilənlər də tələbə adını qazana biləcəklər. Bu, bəzi universitetlərin tərkibində yaradılacaq hazırlıq kursları sayəsində mümkün olacaq. İstədikləri ali məktəbi və ixtisası seçərək hazırlıq kurslarında təhsil alanlar bir ildən sonra imtahansız ali məktəbə qəbul olunacaqlar. Təhsil Nazirliyi tərəfindən belə bir təklifin verilməsi zərurəti plan yerlərinin boş qalması səbəbindən yaranıb.
Hazırlıq kursunda uğurlu nəticə göstərməyənlər isə tələbə olmaq üçün yenidən qəbul imtahanlarında iştirak etməli olacaqlar.
Hazırlıq kursları yalnız özəl ali məktəblərdə və regionlarda yerləşən dövlət ali məktəblərində təşkil ediləcək və ödənişli olacaq. Kursu bitirənlər yalnız ödənişli ixtisaslar üzrə təhsil alacaqlar.
Nailə Məhərrəmova
Qonaq__23503473
Qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?
Qonaq__26279175
Ela beyendim