BDU-da qış imtahan sessiyası başlanıb

BDU-da qış imtahan sessiyası başlanıb

Yanvarın 5-dən Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, imtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-dan 13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-dan 17:00-dək) keçiriləcək.

Bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox tələbə, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1975 nəfər imtahan verəcək.

Qış imtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

İmtahan sessiyası fevralın 3-dək davam edəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed