BDU-da tədbir: Xocalı soyqırımının hüquqi aspektləri

BDU-da tədbir: Xocalı soyqırımının hüquqi aspektləri

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Xocalı soyqırımının hüquqi aspektlərinə həsr olunmuş tədbir keçirilib.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirin məqsədi Xocalı soyqırımına beynəlxalq və cinayət-hüquqi aspektdən yanaşmanın təqdim olunması, bu soyqırımı aktını törədənlərin cinayət-hüquqi məsuliyyətinə dair beynəlxalq və milli hüquq normalarının diskussiya şəklində təhlilinin aparılmasından ibarət olub.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək Xocalı soyqırımı ilə bağlı tarixi faktlara toxunub, öz mövqeyini beynəlxalq mənbələrə istinadən əsaslandırıb.

Xocalı soyqırımının tarixin qanlı səhifəsi olduğunu bildirən Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru Nizami Səfərov soyqırımı cinayətinin mahiyyəti və növləri, soyqırımına görə cinayət məsuliyyətinin həm beynəlxalq, həm də milli-hüquqi aspektdən əsasları barədə ətraflı məlumat verib.

Fakültənin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri professor Şəhla Səmədova soyqırımı cinayətinin elementlərini və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb etmənin praktiki tərəflərini Xocalı soyqırımı ilə əlaqələndirərək şərh edib, bu sahədə təklif və tövsiyələrini verib.

Fakültə əməkdaşları və tələbələrin suallarını N.Səfərov cavablandırıb.

Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının Xocalı soyqırımına həsr olunmuş esse müsabiqəsinin qalibi, II kurs tələbəsi Nigar İsgəndərovaya sertifikat təqdim olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed