BDU və Buxara Dövlət Universiteti arxeologiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

BDU və Buxara Dövlət Universiteti arxeologiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Respublikasının Buxara Dövlət Universiteti arasında ötən il sentyabrın 7-də elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məqsədilə imzalanmış tərəfdaşlıq müqaviləsində nəzərdə tutulan işlərin gedişi müzakirə olunub.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib.

Müzakirə zamanı BDU-nun rektoru Elçin Babayev qonağa universitetin “Tədqiqat universiteti” statusu almağa hazırlaşdığını, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin daha da genişləndiyini, müxtəlif ölkələrlə ikili diplom proqramlarının sayının 10-a çatdığını bildirib. O, BDU-da yeni yaradılan elmi-tədqiqat laboratoriyaları, elmi mərkəzlər və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi barədə məlumat verib.

Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidov tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, tarix və arxeologiya sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Sonra O.Xamidov BDU-nun infrastrukturu ilə maraqlanıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......