BMU-nun müəllimi Türkiyədə doktorluq dissertasiya işini uğurla müdafiə edib

BMU-nun müəllimi Türkiyədə doktorluq dissertasiya işini uğurla müdafiə edib

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının müəllimi, istedadlı rəssam Tünzalə MəmmədzadəTürkiyənin Mərmərə Universitetinin (Marmara Üniversitesi)Türkşünaslıq Elmi-Tədqiqat İnstitutunda (Türkiyat Araştırmaları Enstitüsü) doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.

Adıçəkilən institutda professor Fatma Nalan Türkmenin elmi rəhbərliyi ilə“Bakı memarlığının müasirləşmə prosesində memar Jozef Plosco (1867-1931)” doktorluq dissertasiyasını uğurla müdafiə edən T.Məmmədzadəyə sənətşünaslıq üzrə doktorluq elmi dərəcəsi verilib.

AzEdu.azxəbər verir ki, qeyri-adi dizaynlı memarlıq layihələrinin müəllifi olan T.Məmmədzadə, eyni zamanda İstanbulda müxtəlif memarlıq layihələri üzərində çalışıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan BMU müəlliminin əsərləri Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Onun əsərləri bir çox fərdi və toplu sərgilərdə nümayiş etdirilib, həmçinin dünyanın bir çox ölkələrindəki kolleksionlarda saxlanılır.

T.Məmmədzadə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk və yeganə rəssamdır.Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsinin bakalavr, Qərb Universitetinin Moda dizayn fakültəsinin magistr məzunu olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorluq təhsili alıb, Şəki əl sənəti olan Təkəlduz sənətinin tarixini araşdırıb. Türkiyə Baş Nazirliyinin “Türkiyə Bursları” proqramı çərçivəsində Mərmərə Universitetinin Türkşünaslıq Elmi-Tədqiqat İnstitutunda doktorantura təhsili alıb.

Hazırda yaradıcılığını rəssamlıqla yanaşı, memarlıq sənətində də davam etdirən BMU müəllimi fərqli dizaynlı memarlıq layihələrinigerçəkləşdirmək istiqamətində də iş aparır.İndiyə kimi Azərbaycan, Türkiyə və digər ölkələrdə ipək üzərinə çəkdiyi rəsmlərdən ibarət fərdi sərgi keçirən rəssam, eyni zamanda BMU-da sahəsi ilə əlaqəli bir sıra fənnlərin tədrisi ilə məşğuldur.

Qeyd edək ki "Qurani-Kərim”i ipək üzərinə yazaraq dünya tarixində ilkə imza atan istedadlı rəssam bu kitabı “Marmara Üniversitesinin 135. Kuruluş Yıl Dönümü Proqramı”ndaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etmişdi.

  • Paylaşmağı unutma

Səhr yaz

......