BMU Startap yaratmağa, innovativ yeniliklər etməyə hazır olan tələbələr üçün İnkubasiya proqramı elan edir

BMU Startap yaratmağa, innovativ yeniliklər etməyə hazır olan tələbələr üçün İnkubasiya proqramı elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin ikinci komponenti olan İnkubasiya proqramına qeydiyyat başlayıb.

Bu barədə BMU-danAzEdu.az-a məlumat verilib. Bildirilib ki, “Tusi(2C)” İnkubasiya proqramının əsas məqsədi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startap üzrə biliklərinin artırılmasıdır.

Ümumilikdə 6 aylıq dövrü əhatə edən proqramda bir sıra təlimlər, xarici və yerli ekspert görüşləri, layihələrin işlənilməsi, sahələr üzrə səfərlərin, müxtəlif “camp”lər və sonda “Pitch Day”-in keçirilməsi planlaşdırılır. Proqramın Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində keçirilməsi nəzərdə tutulub.

Startap yaratmağa, innovativ yeniliklər etməyə hazır olan, özünə güvənən, gələcəyini bu sahədə görən gənclər proqrama qoşula bilərlər. İdeyası və ya hazır komandası olmayan, lakin innovasiya sahəsində həvəsli və təşəbbüskar olanlarshorturl.at/chAD6linkinə daxil olaraq proqramdan qeydiyyatdan keçə bilərlər.

Son müraciət tarixi 15 fevral 2022-ci ildir.

  • Paylaşmağı unutma

Səhr yaz

......