Bu il Bakıda 2 012 müəllim işə qəbul olunub

Bu il Bakıda 2 012 müəllim işə qəbul olunub

Bakıda 2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 2 334 vakansiya təqdim olunub və 2 012 nəfər işə qəbul edilib.

Bu barədə"Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, müsabiqələr nəticəsində 2 012 nəfər işə qəbul olunub.

Bunlardan:
795 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
1 098 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
119 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 322 ixtisaslı kadr dəvət edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed