Bu keyfiyyət göstəricilər universitetdə təhsilverənlərin fəaliyyətinə aid olsa da, tam əməl olunmur-QAYDA

Universitetdə elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir.
Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.
AzEdu.azxəbər verir ki, ali təhsil müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılar daxildir:
- öz fəaliyyətlərində innovativ təlim, informasiya-telekommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək;
- ali təhsilli olmaqla yanaşı, müvafiq elmi dərəcəyə malik olmaq;
-mütəmadi olaraq öz elmi səviyyəsini, bilik və bacarıqlarını artırmaq
Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.