Bu təklif reallıq olarsa təhsilimizin vəziyyəti necə olacaq?

Bu təklif reallıq olarsa təhsilimizin vəziyyəti necə olacaq?

Biz müharibə şəraitində yaşayırıq. Ölkədə peşəkar orudunun yaranması vacibdir. Gənclərimiz hərbi xidmətə hazır olmalıdır və onların müəyyən bacarıqları olmalıdır. Təklif edirəm ki, orta məktəbi bitirdikdən sonra hamısı hərbi xidmətə getsin.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bu parlamentin plenar iclasında "Elm haqqında" Qanun layihəsinin müzakirəsi zamanı təhsilin bakalavr və aspirantura səviyyəsində hərbi xidmətdən möhlət hüququnun qanun layihəsindən çıxarılması və təhsilin davamlılığı məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin fikrincə, əgər belə olmasa, təhsilin davamlılığı pozulacaq: "Yoxsa ali məktəbə daxil olur, əsgərliyə gedir, təzədən gəlib magistraturanı davam etdirəcək. Elmin davamlılığı olmasa, nailiyyət olmayacaq. Bunu qayda olaraq tətbiq edək ki, oğlanlar orta məktəbi bitirib əsgərliyə getsinlər".
Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonrasəsə qoyularaq II oxunuşda qəbul edilib.
İlkin İzzət
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed